Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Squid Game”in yeni sezonunun İLK KADRLARI yayımlandı

“Squid Game”in yeni sezonunun İLK KADRLARI yayımlandı

Tarix: 5 Fevral 2024 04:05

"The Squid Game"in ikinci mövsümünün ilk kadrlarını yayımlanıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı "Netflix" paylaşım edib.  Serialda personajların külli miqdarda pula görə yenidən döyüşmək üçün oyuna qayıtdıqları əks olunub.

"The Squid Game"in ikinci mövsümündə Lim Siwan, Kang Haneul, Park Sunghoon, Yang Donggeun, Cho Yuri, Kang Ae-sim, Lee David, Lee Jin-kwon, Choi Seung-hyun, Noh Jae-won, Won, Ji-an və Park Gyu Young rol alıblar.

Serialın davamı 2024-cü ildə çıxacaq, lakin ikinci mövsümün dəqiq buraxılış tarixi hələ məlum deyil.

Xatırladaq ki, "The Squid Game"in ilk mövsümü 2021-ci ildə buraxılıb və "Netflix"in ən uğurlu və ABŞ-də ən çox baxılanlar siyahısında birinci yerdə qərarlaşan ilk Koreya serialı olub.  İlk sezonun qəhrəmanları sağ qalma oyununa girərək maddi problemlərini həll etməyə çalışan personajlar idi. Böyük pul mükafatı üçün 454 iddiaçı bir-birinin ardınca mübarizədən kənarlaşdırılır, lakin qalib sonda mükafatla kifayətlənmir və oyunun arxasında kimin dayandığını öyrənmək qərarına gəlir.

Milli.Az


Etiketlər:  Squid Gamein yeni sezonunun İLK KADRLARI yayımlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ