Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 17:16
Rusiyada avtoritar rejim Kremlə Ukraynadakı döyüş meydanında vəziyyətlə bağlı etibarlı məlumat almağa imkan vermir. Rusiya Müdafiə Nazirliyi qəsdən real məlumatları Vladimir Putindən gizlədir, ona yalnız ordunun uğurlarından danışır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitunun hesabatında qeyd olunub.
"Buna görə də Rusiya yüksək siyasi rəhbərliyi cəbhəyə gedən hərbi müxbirlərindən və təbliğatçılardan məlumat almalı olur. Putinin avtoritar rejimi sistemli şəkildə Kremlə Rusiyadakı hərbi-siyasi reallıqlar və xüsusən də döyüş meydanındakı vəziyyətlə bağlı dəqiq məlumat almağa mane olur. Təbliğatçı Sergey Kolyasnikov şikayət edib ki, məmurlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı real məlumatları bilərəkdən Putindən gizlədirlər. Rusiyalı təbliğatçılar da şikayət edir ki, Rusiya Müdafiə Nazirliyi müharibə müxbirləri və hökumət rəsmilərinin cəbhə bölgələrinə getməsini faktiki olaraq qeyri-mümkün edib", - hesabatda qeyd olunub.