Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nadir və Aynişan: Personajların sevgisi! - FOTOlar

Nadir və Aynişan: Personajların sevgisi! - FOTOlar

Tarix: 5 Fevral 2024 22:30

Ötən gün İTV-də yayımlanan "Maska" şounun finalı maraqlı görüntülərə səhnə olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Alov" maskası altında yarışan Nadir Rüstəmlinin səhnə şousunda "Xarı-Bülbül"ün şəklinin yer alması diqqət çəkib.

"Qaytar eşqimi" mahnısını səsləndirən Nadirə aparıcı Ağa Nadirov "Bu gün bütün kartlar açılacaq" deyə, Aynişan Quliyevanın şəklini göstərərək eyham vurub.

Detektiv masasında əyləşən Xalq artisti Faiq Ağayev isə məsələyə belə şərh verib:

"Torbada pişik var. "Xarı-Bülbül" var torbada. Cəhrə xalanın quşu xəbər verib ki, bu iki personajımız bir-birini sevir. "Alov" axı "Xarı-Bülbül"ü kül edə bilər".

Ağa onun sözlərindən sonra "Yəni, bu obrazların münasibəti var" sualını verib.

Bu zaman Əməkdar artist Coşqun Rəhimov "Faiq, çox dərinə getmə", deyə, onu dayandırıb.

Aynişan isə sözügedən kadrları səhifəsində paylaşıb.

"Hər bir halda finalda səhnədə oldum. Sağ ol, "Alov"", - deyə, o, yazıb.

Daha sonra Ayni Nadirlə bağlı paylaşım edərək fikirlərini belə ifadə edib:

""Maska"ya dəvət alan kimi bir neçə insanın da orada ola biləcəyini düşünmüşdüm. İlk ağlıma Nadir Rüstəmli gəlmişdi. Çünki illərdir onun sənətinin vurğunuyam. Hər cür variantlarla ondan söz almağa çalışmışam bu dönəm. "Alov" ancaq sənə bu qədər yaraşa bilərdi. Unikalsan, Nadir!".

Milli.Az


Etiketlər:  Nadir Aynişan Personajların sevgisi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ