Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 23:42
Rusiyanın nəzarətində olan Lisiçansk vilayətində yerləşən "Adriatic" kafeyə raket hücumu edilib.
Sonxeber.net referans.az-a istinadən xəbər verir ki, bu barədə "LXR"nin rəhbəri Leonid Paseçnik öz teleqramında məlumat verib.
Hadisə fevralın 3-də Lisiçanskda deputat İvan Juşmanın doğum günündə baş verib. Hücum nəticəsində "Luqansk Xalq Respublikası"nın fövqəladə hallar naziri Aleksey Potelesçenko həlak olub.
Bildirilir ki, nazir həmin vaxt digər qonaqlarla birlikdə içəridə olub.
Hadisəni şərh edən jurnalist Denis Kazanskinin verdiyi xəbərə görə, raket hücumu zamanı Rusiyanın yüksəkrütbəli məmurları kafedə olublar.
Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində 28 nəfər həlak olub.