Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəfiqə Axundovanın dəfn yeri açıqlandı - YENİLƏNİB - FOTO

Rəfiqə Axundovanın dəfn yeri açıqlandı - YENİLƏNİB - FOTO

Tarix: 6 Fevral 2024 10:51

10:47

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.

---------

09:59


Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Sənətkar 92 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, R. Axundova baletmeyster, Xalq artisti Maqsud Məmmədovun həyat yoldaşıdır. 

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Rəfiqə Axundovanın dəfn yeri açıqlandı YENİLƏNİB FOTO


RƏYLƏR