Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Uşaqlıq arzuma görə “Qarabağ”a gəldim” - Braziliyalı forvard

“Uşaqlıq arzuma görə “Qarabağ”a gəldim” - Braziliyalı forvard

Tarix: 6 Fevral 2024 12:52

"Qarabağ"ın braziliyalı forvardı Olavio Juninyo Portuqaliya mətbuatına danışıb. "Qafqazinfo" xəbər verir ki, hücumçu Azərbaycan klubuna keçidindən söz açıb: 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Uşaqlıq arzuma görə "Qarabağ"a gəldim. Çünki mən Çempionlar Liqasında oynamaq istəyirəm. Hazırda Avropa Liqasındayıq və inkişaf edirik. Burada hər şey yaxşıdır, komandaya və məşqçimizin oyun sisteminə uyğun gəlirəm. Qısa müddətdə Azərbaycana adaptasiya oldum. Riçard Almeyda kimi həmyerlimin uzun müddət burda olması mənə kömək etdi. "

Juninyo komandasının Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçirəcəyi oyunlar barədə də fikirlərini bildirib: "Avropa Liqasının qrup mərhələsində oynamaq xəyal idi və burada tamam fərqli atmosfer var. İnanılmaz idi mənim üçün. Avropada asan oyun yoxdur. "Braqa" ilə görüşlər də çətin keçəcək".

Milli.Az


Etiketlər:  Uşaqlıq arzuma görə Qarabağa gəldim Braziliyalı forvard


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ