Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 20:18
Belarusda hərbçilərə vətəndaşlara qarşı silah tətbiq etmək hüququ verilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Lenta.ru" məlumat yayıb.
Bildirilib ki, qərar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə daxil etdiyi dəyişikliklərdə qeyd olunub.
Belarus lideri Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinin 11-ci maddəsinin dəyişdirilməsinə göstəriş verib. Nimanaməyə edilən yeni dəyişikliyə görə, hərbi qulluqçulara vətəndaşlara qarşı fiziki güc və silah tətbiq etmək hüququ verilib.
Dəyişikliyə əsasən hərbçi ümumi hərbi qaydaların tələblərinə uyğun olaraq silah istifadə edərsə və bu zaman şəxs yaralanarsa və ya ölərsə, hərbi qulluqçu bu hərəkətə görə məsuliyyət daşımayacaq.