Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan milliləri Ermənistanla eyni qrupda

Azərbaycan milliləri Ermənistanla eyni qrupda

Tarix: 6 Fevral 2024 21:56

18 yaşlı oğlanlar arasında keçiriləcək basketbol üzrə Avropa çempionatında Azərbaycan yığmasının rəqibləri bəlli olub.

Milli.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda C divizionunun  B qrupunda, Moldova, Ermənistan və Monako yığmalarına rəqib olacaq.

Qeyd edək ki, Avropa çempionatı 23-28 iyul Albaniyanın Elbasan şəhərində keçiriləcək.

Eyni tarixlərdə Azərbaycanın qızlardan ibarət U-18 millisi Kosovonun Priştina şəhərində  keçiriləcək Avropa çempionatının C divizionunun B qrupunda, Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək.

9-14 iyulda Cəbəllütariqdə keçiriləcək Avropa çempionatında  Azərbaycanın 16 yaşadək qızlardan ibarət komandası da Ermənistanla eyni qrupda yer alıb. C divizionunun A qrupunda yarışacaq Azərbaycan yığması Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan milliləri Ermənistanla eyni qrupda


RƏYLƏR