Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 23:24
Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında azı 131 nəfər ölüb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə tibbi ekspertiza xidməti məlumat yayıb.
"Fevralın 6-sı saat 12:00-a olan məlumata görə, ölənlərin sayı 131-ə çatıb", - məlumatda deyilir.
Ekspertlər bildiriblər ki, 35 meyitin şəxsiyyəti müəyyən edilib.
Daha əvvəl 122 nəfərin öldüyü bildirilirdi.
Fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev dağılıb və ya ziyan görüb.