Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynaya genişmiqyaslı raket zərbəsi endirdi - FOTO

Rusiya Ukraynaya genişmiqyaslı raket zərbəsi endirdi - FOTO

Tarix: 7 Fevral 2024 17:12

Ukraynanın bir sıra şəhərlərində, o cümlədən Kiyev və Xarkovda silsilə partlayışlar baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, həmçinin Çerkası vilayətinin yaşayış məntəqələrində partlayış səsləri eşidilib. Nikolayevdə isə bir neçə partlayış qeydə alınıb.

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin məlumatına görə, hazırda respublikanın hər yerində, o cümlədən Kiyev, Jitomir, Vinnitsa, Çerkassı, Çerniqov, Sum, Poltava şəhərlərində hava həyəcanı sirenləri səslənir.

Xarkov meri Oleq Sinequbov "Telegram" kanalında şəhərdə partlayışlar barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, ümumilikdə dördə yaxın partlayış qeydə alınıb.

Hələlik ölənlər və yaralananlar barədə məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynaya genişmiqyaslı raket zərbəsi endirdi FOTO


RƏYLƏR