Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu: İsrail ordusu Misir və Qəzza sərhədində döyüşlərə hazırlaşır

Netanyahu: İsrail ordusu Misir və Qəzza sərhədində döyüşlərə hazırlaşır

Tarix: 8 Fevral 2024 08:14

Xan Yunisdəki döyüşlərdən sonra İsrail ordusu Qəzza zolağında Rəfahda hərbi əməliyyata hazırlaşır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

"İsrail hazırda qoşunlarını çıxarsa, ordu necə mütləq qələbə qazana bilərmi" - sualına Netanyahu "bu, vaxt aparan prosesdir" cavabını verib. Baş nazir həmçinin HƏMAS-ın Qəzzanın şimalında mövqelərini bərpa etməsi ilə bağlı məlumatları təkzib edib. O, əminliklə deyib ki, İsrail ordusu orada qalan "qalıqları" məhv etmək üçün davamlı reydlər keçirir.

"HƏMAS-ın hərbi çöküşünə alternativ yoxdur. Hərbi çöküş olmadan heç bir mülki çöküş olmayacaq", - Netanyahu deyib.

Milli.Az


Etiketlər:  Netanyahu İsrail ordusu Misir Qəzza sərhədində döyüşlərə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ