Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Beşiktaş" və "Trabzonspor" 1/4 finalda

Tarix: 9 Fevral 2024 08:28

Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.

"Trabzonspor" "Gənclərbirliyi"nə, "Beşiktaş" isə "Antalyaspor"a qalib gələrək 1/4 finala addlayıb.

Qeyd edək ki, Türkiyə kubokunda 1/8 final mərhələsi 1 oyundan ibarətdir.

Əlavə edək ki, 1/4 finalın və yarımfinalın püşkü 12 fevral tarixində atılacaq.

Türkiyə kuboku, 1/8 final

8 fevral

"Gənclərbirliyi" - "Trabzonspor" - 1:2

Qollar: M.Bostan, 14 - E.Elmalı, 90+6, Trezeqe, 105.

"Antalyaspor" - "Beşiktaş" - 1:2

Qollar: Byutyuqi, 30 - Muleka, 71, Muleka, 88.

6 fevral

"Fatih Karagümrük" - "Samsunspor" - 2:1

"Ankaragücü" - "Ərzincanspor" - 5:1

"Qalatasaray" - "Bandırmaspor" - 4:2

7 fevral

"Sivasspor" - "Konyaspor" - 0:1

"Başakşəhər" - "Hatayspor" - 1:1 (penaltilər seriyası - 3:2)

"Qaziantep" - "Fənərbaxça" - 0:2

Milli.Az


Etiketlər:  Beşiktaş Trabzonspor 14 finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ