Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kurtlar Vadisi”nin Mematisi 16 illik həyat yoldaşı ilə - FOTOlar

“Kurtlar Vadisi”nin Mematisi 16 illik həyat yoldaşı ilə - FOTOlar

Tarix: 9 Fevral 2024 14:54

"Kurtlar Vadisi" serialının Memati Başı (Gürkan Uygun) həyat yoldaşı Şebnem Uygunla bağlı paylaşım edib. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktyor arvadı ilə şəkilini paylaşaraq evliliklərinin 16 ilinin tamam olduğunu bildirib.

Şebnemle Gürkan hər zaman xoşbıxtlikləri ilə Türkiyə şou dünyasındakı cütlüklərə örnək olub.

2008-ci ildə ailə quran aktyorla arvadının iki övladı var. Gürkan şəxsi həyatını ictimaiyyətdən və mətbuatdan uzaqda yaşayır.

Xatırladaq ki, gürcü əsilli türkiyəli aktyor Gürkan Uygun "Kurtlar Vadisi" serialında Memati obrazını canlandırıb.

O bu serialdan əvvəl "Şapkadan Babam Çıktı",  "Deli Yürek", "Yedi Numara",  "Böyle Mi Olacaktı", "Tatlı Kaçıklar"  kmi ekran işlərində yer alıb. 

Milli.Az


Etiketlər:  Kurtlar Vadisinin Mematisi 16 illik həyat yoldaşı ilə FOTOlar


RƏYLƏR