Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2024 20:08
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton İsrailin Baş nazirinin siyasətinin əleyhinə danışaraq, onu vəzifəsindən getməyə dəvət edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Klinton bu barədə "MSNBC"yə müsahibəsi zamanı deyib:
"Netanyahu getməlidir. O, etibarlı lider deyil. Buna görə də 7 oktyabr hücumu məhz onun hakimiyyəti dövründə baş verdi".
Sabiq dövlət katibi bununla belə İsrail dövlətinin Qəzza zolağındakı siyasətini müdafiə edib:
"Təcavüzkarla necə başa çıxmaq olar?! Biz onları dayandırmalıyıq".