Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2024 07:20
Pakistanın müxtəlif bölgələrində seçki prosesini əngəlləmək məqsədilə ümumilikdə 51 terror aktı həyata keçirilib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Pakistan Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, terror aktları əsasən ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva və cənub-qərbindəki Bəlucistan əyalətlərində baş verib.
Hücumlar nəticəsində 10-u təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Eyni zamanda, müxtəlif əməliyyatlar zamanı beş terrorçu məhv edilib.