Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aparıcı həyat yoldaşından bu qadına görə üzr istədi - FOTO

Azərbaycanlı aparıcı həyat yoldaşından bu qadına görə üzr istədi - FOTO

Tarix: 10 Fevral 2024 09:20

Məşhur aparıcı Tural Əsədov ukraynalı müğənni Vera Brejnevaya heyran olduğunu etiraf edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aparıcı Vera Brejneva ilə arxiv fotosunu paylaşaraq, onun fevralın 21-də Bakıda konsert proqramı ilə çıxış edəcəyini bildirib.

"Fevralın 21-i "maskam" gəlir. Həyat yoldaşım, bağışla", - aparıcı qeyd edib.

Məlumat üçün bildirək ki, bu, Rusiya və Ukrayna arasında münaqişə yaranandan sonra Veranın Bakıda verdiyi ilk konserti olacaq. Ulduz Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Biletlərin qiymətləri 40-200 manat arasında dəyişir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna müharibəsi ulduzun ailəsinin dağılmasına da təsir edib. 41 yaşlı müğənnni ilə 60 yaşlı məşhur bəstəkar Konstantin Meladzenin keçən ilin payızında rəsmən boşandığı məlum olub.

Milli.Az


Etiketlər:  Azərbaycanlı aparıcı həyat yoldaşından bu qadına görə üzr istədi FOTO


RƏYLƏR