Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO Ukraynaya silah tədarükü ilə bağlı siyasətini kökündən dəyişir - KİV

NATO Ukraynaya silah tədarükü ilə bağlı siyasətini kökündən dəyişir - KİV

Tarix: 10 Fevral 2024 19:44

NATO Ukraynaya silah tədarükünün koordinasiyasını öz üzərinə götürməyi planlaşdırır. Baxmayaraq ki, Alyans Kiyevə yardımı həmişə öz proqramı deyil, üzv ölkələrin suveren qərarları və ikitərəfli razılaşmalar məsələsi hesab edir. 

Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti diplomatik və siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

"NATO əsaslı kurs dəyişikliyinə başlayır: Qərb müdafiə alyansı Ukraynaya silah tədarükünün koordinasiyasını öz üzərinə götürmək planlarını hazırlayır", deyə məqalədə qeyd edilir.

Bildirilir ki, blokun rəhbərliyi Vaşinqtonda mümkün siyasi dəyişikliklərdən qorunmaq üçün Rammşteyn formatını öz strukturlarına inteqrasiya etməyi məqsədəuyğun hesab edir. Nəşrin yazdığına görə, NATO, ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Vaşinqtonun Ukraynaya silah tədarükünü davam etdirəcəyinə getdikcə şübhə edir.

Qəzet yazır ki, inteqrasiya planının hazırlanmasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Alyansın baş katibi Yens Stoltenberq iştirak edirlər.


Etiketlər:  NATO Ukraynaya silah tədarükü ilə bağlı siyasətini kökündən dəyişir KİV


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ