Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş məşqçini yerə yıxan kapitana ağır cəza - Video

Baş məşqçini yerə yıxan kapitana ağır cəza - Video

Tarix: 14 Noyabr 2019 15:32

Almaniya Futbol Federasiyası “Ayntraxt”ın kapitanı David Abrahamı 7 həftəlik cəzalandırıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun Almaniya Bundesliqasının 11-ci turunda “Frayburq”la matçın (0:1) 90+5-ci dəqiqəsində komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq, yerə yıxması səbəb olub.

Bundan sonra Frankfurt klubunun futbolçuları Abrahama hücum edib. Baş hakim isə bu hərəkətinə görə futbolçuya qırmızı vərəqə göstərib.

Beləliklə, o, bu ilin qalan hissəsini oynamayacaq. Bundan başqa, Abraham 25 min avro məbləğində də cərimələnib.




 

 


Etiketlər:  Baş məşqçini yerə yıxan kapitana ağır cəza Video


RƏYLƏR