Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2024 12:34
İtaliya A Seriyasının 24-cü turunun "Roma" - "İnter" (2:4) matçında qonaqların futbolçusu Françesko Açerbi meydan sahiblərinin azarkeşlərinə nalayiq jest edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, matçın 17-ci dəqiqəsində künc zərbəsindən sonra 35 yaşlı müdafiəçi baş ilə qol vurub. Bundan sonra italyan müdafiəçi romalı azarkeşlərə nalayiq işarə göstərib.
Onun bu hərəkəti hakimin gözündən yayınıb və cəzalandırılmayıb. Lakin İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu Açerbiyə qarşı iş açıb. Bu barədə "Corriere dello Sport" məlumat yayıb. "İnter"in futbolçusu diskvalifikasiya ilə üzləşə bilər. Təqsirli bilinərsə, o, cərimə də ödəyəcək. Bundan əlavə, yaxın günlərdə iş üzrə dinləmələr keçiriləcək.
Hazırda İtaliya A Seriyasında keçirilən 24 oyundan sonra "İnter" 60 xalla liderdir. "Roma" isə 38 xalla 5-cidir.