Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2024 13:18
Ötən gecə "Fənərbağça" evdə "Alanyaspor"la 2:2 hesablı heç-heçə edərək liderliyi "Qalatasaray"a verib və bu, iki klub arasında sərt müzakirələrə səbəb olub.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, "Qalatasaray"ın hakimi tənqid edən paylaşımına "Fənərbağça"nın cavabı gecikməyib.
"Kanaryalar" əzəli rəqibinə cavab verdiyi paylaşımı belədir:
"Kor hakimlər, gülməli penaltilər, qalmaqallı hakim qərarları və teatrlaşdırılmış matçlar haqqında ən yaxşı bilən kluba qeydimiz: "Hər kəs özündən bilir işi".
Son olaraq "Fənərbağça" qeyd edib ki, bunu haqqı olan qazanacaq. Manipulyasiya və yalan deyil:
""Fənərbağça" çempion olacaq!".