Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aleksandr Beqlov İlham Əliyevi təbrik etdi

Aleksandr Beqlov İlham Əliyevi təbrik etdi

Tarix: 12 Fevral 2024 15:24

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə dərin ehtiramı, sevgisi və etimadını bir daha nümayiş etdirdi, milli lider kimi nüfuzunuzu təsdiq etdi.

Parlaq, qeyri-adi və uzaqgörən siyasi xadim olaraq Siz Vətəninizin tərəqqisi və firavanlığı naminə çox işlər görmüsünüz. Sizin şəxsiyyətiniz, müdrikliyiniz, böyük təcrübəniz və rəhbərlik istedadınız sayəsində bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir. Ölkənin möhtəşəm nailiyyətləri bütün dünyada səmimi heyrətlə qarşılanır.

Azərbaycanlı tərəfdaşlarla açıq və etibarlı dialoqun aparılması Sankt-Peterburqun beynəlxalq fəaliyyətinin başlıca prioritetlərindən biridir. Şəhər Hökuməti Sizin ikitərəfli münasibətlərin inkişafına şəxsən göstərdiyiniz diqqəti yüksək qiymətləndirir.

Əminəm ki, mənim rəhbərliyimlə bu ilin yazına nəzərdə tutulan Sankt-Peterburqun Azərbaycanda mədəni-işgüzar missiyası bizim dostluq və tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni perspektivli layihələrin başlanğıcı olacaqdır.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycanın daha da inkişafı və respublikanın sakinlərinin rifahı naminə yeni-yeni nailiyyətlər diləyirəm.

Sizi Neva sahillərindəki şəhərdə görməyə həmişə şadam".

Milli.Az


Etiketlər:  Aleksandr Beqlov İlham Əliyevi təbrik etdi


RƏYLƏR