Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' baxışa yeni futbolçu dəvət etdi - 19 yaşı var

''Neftçi'' baxışa yeni futbolçu dəvət etdi - 19 yaşı var

Tarix: 14 Noyabr 2019 16:20

"Neftçi” baxışa yeni futbolçu dəvət edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

 


Etiketlər:  Neftçi baxışa yeni futbolçu dəvət etdi yaşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ