Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhv edilən ermənilərin sayı 5-ə çatdı - YENİLƏNİB

Məhv edilən ermənilərin sayı 5-ə çatdı - YENİLƏNİB

Tarix: 13 Fevral 2024 15:36

Milli.Az axar.az-a istinadən bildirir ki, məhv edilən ermənilərin sayı 5-ə çatıb.

--------

12:33

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçi sayı 4-ə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan "Azatutyun" radiostansiyasına deyib.

Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi.

-------

09:12


Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yaralıların olduğu da bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

Milli.Az


Etiketlər:  Məhv edilən ermənilərin sayı 5 ə çatdı YENİLƏNİB


RƏYLƏR