Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kreml Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı

Kreml Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı

Tarix: 13 Fevral 2024 13:58

Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan sərhədində baş verən gərginliyi şərh edərkən bildirib.

O, Azərbaycanla Ermənistan arasında təmas xəttindən həyəcanlı xəbərlər gəldiyini söyləyib.

"Bu, təmas xəttindən gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq. Diqqətlə izləyəcəyik", - deyə Kreml sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, bu cür hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam edəcəyinə ümid etdiyini də söyləyib.

Milli.Az


Etiketlər:  Kreml Ermənistan Azərbaycanı təmkinli olmağa çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ