Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qlobal istiləşmə yalanını dünyanı idarə edən bir neçə güclü ailə uydurub"

Tarix: 13 Fevral 2024 14:10

Bir neçə müddətdir astral səyahətə çıxaraq ruhsal varlıqlarla söhbət etdiyini vurğulayan türkiyəli pop-müğənni Yusuf Güney yeni açıqlamaları ilə diqqət çəkib.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənni astral səyahət zamanı Yer kürəsini başdan-başa dolaşdığını, yerdə çoxlu sayda insan olmayan varlıqların yaşadığını bildirib.

"Onlar Arktika və Antarktikada qalın buz dağlarının ardında yaşayırlar. Buzdan böyük divarlar hörülüb. Orda insan olmayan varlıqlar özlərinə ekosistem qurublar. İnsanların o ərazilərə girişinə icazə verilmir. Nə təyyarələr uçur, nə də gəmilər ora gedib çıxa bilir. Buz dağlarının arxasında fərqli bir sistem var. Buzlaqlar ərimir. Qlobal istiləşmə yalanını da dünyanı idarə edən bir neçə güclü ailə insanları öz iradələri altında saxlamaq üçün uydurublar",- deyə müğənni bildirib.

"Bəşər tarixi yaranandan insanlar maddiyyat üstündə savaşırlar. Müharibəsiz keçən ilimiz yoxdur. Halbuki, bir dönüb özümüzə baxsaq, niyə yarandığımızı dərk etsək, anlasaq fərqli olacağıq. Anlamayaq, düşünməyək deyə, başımızı maddi problemlərlə qatırlar",- deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  Qlobal istiləşmə yalanını dünyanı idarə edən bir neçə güclü ailə uydurub


RƏYLƏR