Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"la əldə edilmiş razılaşma pozulur - Ara qarışdı

Tarix: 13 Fevral 2024 15:26

"Real Madrid" və Kiliyan Mbappe arasında əldə edilən razılaşma ləğv edilə bilər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, buna səbəb Mbappenin agenti kimi fəaliyyət göstərən onun anası Fayza Lamari ilə "Real" rəhbərliyi arasında münaqişədir. "Marca" qəzetinin məlumatına görə, "Real" Mbappeni öz şərtləri ilə transfer etməyə çalışır. Futbolçunun anası isə bundan narazıdır. Tərəflərin tələbləri bir-birilərini qane etmir.

Qeyd edək ki, bundan əvvəl Kiliyan Mbappe və "Real Madrid"in məvacib məsələsində razılığa gələ bilmədiyi iddia edilmişdi. "Real" Mbappeyə 100 milyon avro civarında imza pulu təklif edib. Tərəflər bununla bağlı razlaşıb. Lakin məvacib məsələsində razılığa gəlinməyib. Mbappe "Real"dan illik 70 milyon avro məvacib tələb edir. "Real" isə Mbappeyə 35 milyon avrodan çox məvacib ödəmək istəmir.

Milli.Az


Etiketlər:  Realla əldə edilmiş razılaşma pozulur Ara qarışdı


RƏYLƏR