Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Baş katibi: Ölkələr ərzaq təhlükəsizliyinə yox, silaha üstünlük verirlər

BMT Baş katibi: Ölkələr ərzaq təhlükəsizliyinə yox, silaha üstünlük verirlər

Tarix: 13 Fevral 2024 21:18

BMT Baş katibi Antoniu Quterriş dünya ölkələrinin ərzaq təhlükəsizliyi və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün pullar xərcləmək əvəzinə bu vəsaitlərin silahların alınması və işlənib hazırlanmasına sərf etməsindən narahatdır.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, o bu barədə BMT Təhlükəsizlik Şurasında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi ilə bağlı açıq müzakirələr zamanı bildirib.

"Dövlətlərin ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlı inkişaf üçün büdcələri kəsərkən silahlara böyük məbləğlər xərclədiyini görmək narahatedicidir. Biz aclıq, iqlim xaosu və münaqişə ilə onların beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdid arasında ölümcül əlaqəni qıra bilərik. Gəlin bunu reallığa çevirmək və aclıq və müharibə dəhşətlərindən azad, yaşana bilinən, davamlı gələcək qurmaq üçün addımlar ataq", - A.Quterriş deyib.

Daha əvvəl Beynəlxalq Strateji Araşdırmalar İnstitutu öz hesabatında qlobal müdafiə xərclərinin 2023-cü ildə 9% artaraq rekord həddə - 2,2 trilyon ABŞ dollarına çatdığını və bunun yarısının NATO ölkələrinin payına düşdüyünü bildirmişdi.


Etiketlər:  Baş katibi Ölkələr ərzaq təhlükəsizliyinə silaha üstünlük verirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ