Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zibil qutusunda eşələnən qoca ölkənin ən qəribə milyonçusuna çevrildi - FOTO

Zibil qutusunda eşələnən qoca ölkənin ən qəribə milyonçusuna çevrildi - FOTO

Tarix: 14 Fevral 2024 03:04

Almaniyanın Darmştad şəhərindən olan 80 yaşlı Haynz B. kasıb qocaya bənzəyir. O, zibillikdə eşələnir, tapdığı müəyyən əşyaları həyətinə yığır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, keçmiş elektrik mühəndisi tək yaşayır, 3600 avro pensiya alır və yemək, geyim və istirahət də daxil olmaqla, tamamilə hər şeyə qənaət edir.

Qoca qışda zibillikdən çıxan odun tullantıları ilə evini qızdırır. Onun mobil telefonu belə yoxdur. Onun yeganə xərci "YouTube"da biznes mühazirələrinə baxmaq üçün notbuk və internetlə bağlıdır.

"Mən qənaətlə yaşayıram, belə tərbiyə almışam. Ayda yeməyə 5 avro da xərcləmirəm. İnsanlar israfçılıq edir və yeməklərin çoxunu zibil qabına atırlar. Məsələn, bir qutu kolbasa alır, birini yeyir, qalanını isə sadəcə atırlar", - deyə Haynz bildirib.

Onu həm də "Almaniyanın ən qəribə milyonçusu" adlandırırlar. Belə ki, Haynzın biznes modeli ev almaq və kirayə verməkdən ibarətdir. Təqaüdçü deyir ki, bu, əmanətləri inflyasiyadan xilas etməyin ən yaxşı yoludur.

O, bu yaxınlaradək 700 min avro yığıb və onuncu evini alıb. Evlərin hamısı yaxınlıqda yerləşir ki, kişi onların ətrafında velosiped sürə bilsin. Qoca kirayənişinlərin bütün təmir işlərini özü edir.


Etiketlər:  Zibil qutusunda eşələnən qoca ölkənin qəribə milyonçusuna çevrildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ