Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 12:26
Rusiya Prezidenti Vladimir Putin ölkə ordusu barədə saxta məlumat yayanların və dövlət təhlükəsizliyinə qarşı cinayət törədənlərin əmlakının müsadirə edilməsinə dair qanunu imzalayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Qanun muzdlu şəkildə və yaxud şəxsi səbəblərdən yalan məlumat yayan şəxslərin əmlakının müsadirəsini nəzərdə tutur və rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minir.
Bildirilir ki, müsadirə dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyəti maliyyələşdirmək üçün nəzərdə tutulmuş əmlaka şamil edilir.