Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Magistraturaya qəbul imtahanında birinci oldu - FOTO

Magistraturaya qəbul imtahanında birinci oldu - FOTO

Tarix: 14 Fevral 2024 13:26

Ötən gün Dövlət İmtahan Mərkəzi magistratura imtahanının nəticələri elan edib.

Sonxeber.net unikal-a istinadən xəbər verir ki, Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarda 93 bal toplayaraq respublika birincisi olub.

Naxçıvan Muxtar Respublikasının Babək rayonun Qaraqala kəndindən olan G.Məhərrəmli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşması üzrə təhsilini davam etdirmək  arzusundadır.


Etiketlər:  Magistraturaya qəbul imtahanında birinci oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ