Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 17:15
Bu gün Renka ləqəbi ilə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradovanın doğum günüdür.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, rəqqasə ad gününü bir gün əvvəl keçirdiyini bildirib.
Renka, həmçinin 14 fevral tarixini sevmədiyini dilə gətirib. Səbəb isə həmin gündə ziyafətlərə aldığı saysız dəvətlərdir:
"14 fevral - zəhləm gedir bu gündən. Çünki ad günümü normal keçirə bilmirəm, səhnədə oluram. Ona görə bu qara qız bir bu gün (dünəni nəzərdə tutur - red.) ad günü edib. Heç gücüm yoxdur, çox yorğunam. Mənə təcili tətil lazımdır".
Qeyd edək ki, R.Ağamuradovanın bir qız və bir oğlan övladı var.