Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah Macarıstanın XİN başçısı Türkiyəyə səfər edəcək

Sabah Macarıstanın XİN başçısı Türkiyəyə səfər edəcək

Tarix: 14 Fevral 2024 22:56

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici siyasət idarəsinin mətbuat xidməti bildirib ki, macar diplomatın səfər fevralın 15-də baş tutacaq. Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşəcək, Türkiyə - Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasına qatılacaq.

Nazirlər arasında baş tutacaq görüşdə Türkiyə ilə Macarıstan arasında "gücləndirilmiş strateji tərəfdaşlıq" çərçivəsində ikitərəfli münasibətlərin, Türkiyə - Aİ əlaqələrinin və cari regional gedişatların müzakirə olunması nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Sabah Macarıstanın XİN başçısı Türkiyəyə səfər edəcək


RƏYLƏR