Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp: Amerika arzusu kabusa çevrilib

Tramp: Amerika arzusu kabusa çevrilib

Tarix: 15 Fevral 2024 09:08

Artıq Amerika arzusu yoxdur, sadəcə kabus və cəhənnəmə aparan yol var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki mitinqində deyib.

"Bir müddətdir ki, Amerika yuxusu haqqında eşitmisiniz, indi Amerika kabusudur. Siz Tramp administrasiyası dövründə daha yaxşı idiniz, ölkə daha yaxşı vəziyyətdə idi. Bu gün ölkəmiz cəhənnəmə doğru gedir", - deyə D.Tramp mitinqdə söyləyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək. Donald Tramp və Nikki Heyli Respublikaçılar Partiyasından namizəd olmaq üçün mübarizə aparırlar. Hazırkı Amerika lideri Co Bayden də Demokratlar Partiyasından yenidən seçilmək niyyətində olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Tramp Amerika arzusu kabusa çevrilib


RƏYLƏR