Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında PSJ-dən inamlı qələbə

Çempionlar Liqasında PSJ-dən inamlı qələbə

Tarix: 15 Fevral 2024 15:36

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nəinki bu matçın, hətta turnirin favoritlərindən sayılan "Bavariya" "Latsio"nun qonağı olub. Mühnen klubu 67-ci dəqiqədə azlıqda qalıb. Upomekanonun meydandan qovulmasından sonra təyin edilən penaltini İmmobile dəqiq yerinə yetirib. Bu, görüşdə yeganə qol olmaqla italyanların qələbəsini təmin edib - 1:0.

Günün digər matçında PSJ "Real Sosyedad"ı qonaq edib. Qarşılaşma proqnozlaşdırılan ssenari üzrə baş tutub və ev sahiblərinin mütləq üstünlüyü ilə başa çatıb. 58-ci dəqiqədə Mbappe və 70-ci dəqiqədə Barkola fərqləniblər - 2:0.

Milli.Az


Etiketlər:  Çempionlar Liqasında dən inamlı qələbə


RƏYLƏR