Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 19:35
"Filmlərə, seriallara az baxıram, amma baxdıqlarımda səviyyə aşağıdır. Nadir hallarda izləyirəm. Səviyyənin aşağı olması rejissordan, ssenaristdən, aktyorlardan asılıdır. Atam Həsən Seyidbəylinin məktəbi, təhsili, müəllimləri başqa idi. Bu gün iki kinoittifaqımız var. Mənə elə gəlir ki, bir ittifaq olmalıdır. Vaxtilə Rüstəm İbrahimbəyov tərəfindən yaradılan ittifaq. Atam da ittifaq sədri olub. O vaxt ittifaq Hökümət evində yerləşirdi. Mən heç birinə üzv deyiləm. Çünki aktyor deyiləm. Aktyorluq mənlik deyil. Atam məni, bacımı və qardaşımı filmlərdə sırf ona görə çəkib ki, ekranlarda qalaq"
Sonxeber.net bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Həsən Seyidbəylinin oğlu, "Bizim Cəbiş müəllim" filminin Namiqi Ziya Seyidbəyli deyib.
Ziya Seyidbəyli hazırkı fəaliyyətindən də danışıb.
"Neft sahəsində çalışırdım. İqtisadçıyam, mühəndisəm. Uzun müddət dövlət qulluğunda çalışmışam. 63 yaşım olanda ordan təqaüdə çıxdım. Hal-hazırda Bakı Şəhər İcra Hakimiyyətində çalışıram" deyə rejissorun oğlu bildirib.
Ziya Seyidbəyli bildirib ki, bu gün atasının adını oğlu yaşadır.
"Oğluma atamın adını vermişəm. O da Həsən Seyidbəylidir. Qısametrajlı filmlər, reklamlar çəkir. AYB-nin üzvüdür, bir əsər də yazıb. Özəl şirkəti də var" deyə Ziya Seyidbəyli bildirib.
Ziya bəy "Bizim Cəbiş müəllim" filmində Makedon rolunu oynayan Aqil Ağacanovla bağlı da danışıb.
"Aqil bir dəfə kinoda çəkilib. Düzdür, yaxşı da oynayıb. Müsahibələrində şikayətlənir, diqqətsizlikdən gileylənir. O axı aktyor deyil. Ona xalq artisti adı verməli idilər?! Mən bilirəm ki, bu düzgün məsələ deyil. Hansı işlə məşğuldursa özü bilər. Bizim xasiyyətimiz fərqlidir, tamam ayrıdır. Mənim səviyyəm başqadır, onun səviyyəsi başqa. Mən öz işimlə məşğulam, o da öz işiylə. Pirşağıda kababçı işləyir. Biz heç vaxt dost olmamışıq, düşmən də deyilik" deyə Ziya Seyidbəyli deyib.