Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2024 07:20
Fevralın 14-də Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən azad edilən Vahan Kerobyan dövlət tender prosesində sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində ittiham olunur.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsindən bildirilib.
Ermənistanın İstintaq Komitəsi bundan əvvəl məlumat vermişdi ki, dövlət tender prosesində sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində 7 nəfərə, o cümlədən iqtisadiyyat nazirinin müavininə, iri İT şirkəti "Synergy"nin rəhbərinə qarşı ittiham irəli sürülüb. Həmin qalmaqala görə Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub.
Fevralın 15-də Ermənistan İstintaq Komitəsi bu işdə səkkiz nəfərin ittiham olunduğunu, onlardan birinin artıq həbs edildiyini açıqlayıb.
Qeyd edək ki, Kerobyan 2020-ci ilin 26 noyabrında iqtisadiyyat naziri təyin olunub.