Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2024 10:14
Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Braqa"nı səfərdə 4:2 hesabı ilə məğlub edən "Qarabağ" 1/8 finala doğru inamlı addım atıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionu mərhələ adlasa, növbəti rəqibinin adı fevralın 23-də bəlli olacaq.
1/8 final mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Pley-offun qalibləri pley-offdan azad olan qrup birinciləri ilə görüşəcək. "Qarabağ" - "Braqa" cütünün qalibi 8 mümkün rəqibdən biri ilə üz-üzə gələcək. Bunlar "Vest Hem", "Brayton", "Atalanta", "Reyncers", "Liverpul", "Vilyarreal", "Slaviya" və "Bayer"dir.
1/8 finalın ilk matçları pley-offdan gələn komandanın meydanında baş tutacaq. "Qarabağ" mərhələ adlasa, növbəti raunda evdə başlayacaq.
Qeyd edək ki, təmsilçimiz "Braqa"nı fevralın 22-də qəbul edəcək.