Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Portuqaliya fatehləri Bakıya döndü - FOTO

Portuqaliya fatehləri Bakıya döndü - FOTO

Tarix: 16 Fevral 2024 14:10

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sını səfərdə məğlub edən "Qarabağ" Vətənə qayıdıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Portuqaliya fatehlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük izdiham qarşılayıb.

Hava limanında olan idman ictimaiyyətinin nümayəndələri, eləcə də futbolçuların yaxınları "Qarabağ" üçün xoş şüarlar səsləndiriblər.

Qurban Qurbanovun yetirmələri Portuqaliyada Avropa Liqasındakı ilk pley-off matçında "Braqa"nı 4:2 hesabı ilə məğlub edərək, mərhələ adlamaq üçün əla şans qazanıblar. Komandanın qollarını Marko Yankoviç, Juninyo Olavio və Abdullah Zubir (2) vurublar.

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Milli.Az


Etiketlər:  Portuqaliya fatehləri Bakıya döndü FOTO


RƏYLƏR