Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlətin siyasətini bu səviyyədə şərh etmək olarmı? - VİDEO

Dövlətin siyasətini bu səviyyədə şərh etmək olarmı? - VİDEO

Tarix: 16 Fevral 2024 15:24

"Azərbaycanı tam şəkildə işğaldan azad etmişik", "Pakistanda daim terror olur. İlin 365 gününün 360-da orada terror var. Pakistanın suverenliyinə təqib və təsir etmək istəyən qüvvələr var..."

İfadələr dilimizi yeni öyrənən və ya buna cəhd göstərən əcnəbinin ifadələri deyil.

Əfsuslar olsun ki, bu ifadələr fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərini şərh edən Milli Məclisin deputatına məxsusdur.

"Dövlətimizdən kənarda işləyən azərbaycanlıların seçkisi təqdirəlayiq hal kimi dəyərləndirilməlidir" tipli mücərrəd, mənası anlaşılmayan söz birləşmələri toplusunu da söyləyən həmin deputat Arzu Nağıyevdir.

"Avropa təşkilatları və bəzi dövlətlər Azərbaycana ikili standartdan yanaşırdılar" söyləyən A.Nağıyev AZƏRTAC-ın studiyasında, "Prezident 2024: Seçki nəticələrinin müzakirəsi" proqramında da çıxış edib, sualları cavablandırmağa çalışıb.

Suallar məntiqi, ölkəmizt üçün müstəsna əhəmiyyət kəsb edən siyasi proseslə bağlı praqmatik və rasional idi. Cavablar isə tam əksinə - söz yığını, mövzunu dəqiq səciyyələndirməyən, Azərğbaycan dövlətinin və xalqının ən yeni tarixində möhtəşəm mərhələnin başlanğıcının mahiyyətini çatdırmayan kəlmələr toplusu idi.

Eyni sözləri Arzu Nağıyevin REAL TV-dəki çıxışı barədə də yazsaq, yanılmarıq.

Bu deputatın necə danışması, ifadə tərzi, kasad söz ehtiyatı, olduğundan məlumatləı və intellektual təsir bağışlamaq istəyi sirr deyilsə, onu studiyaya dəvət edənlər həmin "sirr"dən agah deyillərmi?

Növbədəkənar prezident seçkiləri barədə AZƏRTAC-a kələ-kötür "müsahibə" ölkəmizin dövlət informasiya agentliyinin haqlı nüfuzuna və ağır çəkisinə əsla uyğun deyil.

Danışmaq xatirinə danışan və bunu siyasi fəaliyyət sayan fərdlər ölkəmizin geosiyasi strategiyasını, dövlət başçısının yürütdüyü siyasəti şərh edərkən mütləq şəkildə ifrat bəsitliyə varırlar.

Bunu unutmayaq.


Etiketlər:  Dövlətin siyasətini səviyyədə şərh etmək olarmı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ