Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 10:20
Ukrayna Silahlı Qüvvələrinin Komandanı Aleksandr Sırski əsgərlərin həyatını xilas etmək üçün Ukrayna qoşunlarının Avdeyevkadan çıxarılmasını elan edib.
"Mən bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli xətlərdə müdafiəyə keçmək qərarına gəldim", - general deyib.
A. Sırski mühasirəyə alınmayan kokslaşma zavodundan qüvvələrin çıxarılıb-çıxarılmadığını dəqiqləşdirməyib.
Onun sözlərinə görə, yeni mövqelər gücləndirilir.
Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin 2014-cü ildən bəri dəyişməmiş sonuncu müdafiə xətti çökdü.
Avdeyevkanın süqutu 2023-cü ilin mayında rus qoşunları Baxmutu ələ keçirdikdən sonra 1000 km-dən çox uzunluğa malik cəbhə xəttində ən böyük dəyişiklikdir.
Donetskdən cəmi 25 km məsafədə yerləşən Avdeyevka Rusiya üçün Baxmutdan daha çox strateji əhəmiyyətə malikdir.
"Yollar, qovşaqlar, hər şey: maddi-texniki təchizatın çox hissəsi Avdeyevka küçələri ilə bağlıdır" deyə Ukrayna Silahlı Qüvvələrinin 53-cü briqadasının piyada tağımının komandiri izah etdi.
Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkadan sonra növbəti möhkəmləndirilmiş ərazisi Konstantinovka - Kramatorsk - Slavyansk xətti ilə gedir, bu, Donetsk vilayətində Ukraynanın sonuncu sərhəddidir.