Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”da 4 qolun qazancı bəlli oldu

“Qarabağ”da 4 qolun qazancı bəlli oldu

Tarix: 18 Fevral 2024 11:06

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, siyahıda köhnə qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 252 xalla 70-cidir.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Braqa"nı 4:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri aktivini 4 xal zənginləşdirib. 4 qolla gələn bu xallarla (qazancla) komanda mövqeyini qoruyub.

"Neftçi" 27 xalla 240-cı, "Sabah" 20 xalla 262-ci, "Qəbələ" 5 xalla 376-cıdır.

Qeyd edək ki, siyahıya 2345 xala malik "Real" başçılıq edir.
 

Milli.Az


Etiketlər:  Qarabağda 4 qolun qazancı bəlli oldu


RƏYLƏR