Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2024 23:56
Naməlum şəxslər İsrailin "El Al" aviaşirkətinə məxsus təyyarənin rabitə sisteminə nəzarəti ələ keçirməyə cəhd ediblər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Kan" radiostansiyası məlumat yayıb.
Bildirilib ki, hadisə təyyarə Somali üzərində Taylandın Phuket adasından İsrailin Ben Qurion hava limanına uçarkən baş verib.
Təyyarədə 250 sərnişin və ekipaj üzvü olub. Bildirilir ki, naməlum şəxslər təyyarəni təyinat yerindən başqa istiqamətə keçirmək istəyiblər. Rabitə sistemi üzərindən heyətə verilən təlimatlar marşrutdan marşruta dəyişib. Nəyinsə səhv olduğunu anlayan pilotlar onlara tabe olmayaraq alternativ rabitə vasitələrinə keçib, ərazidəki digər hava hərəkəti dispetçerləri ilə yoxlama aparıb və onları çaşdırmağa çalışdıqlarını anlayıblar.
"El Al" rəsmiləri, Somalinin yerli mülki aviasiya idarəsinin bu yaxınlarda bütün beynəlxalq hava yollarına bölgədə gözlənilən əlaqə kəsilmələri ilə bağlı yenilənmiş məlumat verdiyini söyləyib. "EL Al" pilotlarına bu problemlə bağlı məlumat verilib və belə bir vəziyyətdə alternativ rabitə vasitələrindən istifadə etmək tapşırılıb.