Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaşinqtonda erməni deputatlar sual atəşinə tutuldu

Vaşinqtonda erməni deputatlar sual atəşinə tutuldu

Tarix: 15 Noyabr 2019 10:38

Bakı. Trend:

Noyabrın 14-də Vaşinqtonda Alman Marşal Fondunda keçirilən və ABŞ-da səfərdə olan Ermənistan Parlamenti Spikerinin müavini Vahe Enfiajyanın, Lilit Makuntsun (Paşinyanın “Mənim addımım” alyansının rəhbəri), Edmon Marukyanın və Tatevik Hayrapetyanın çıxış etdiyi “Ermənistanda məxməri inqilabın vədləri: demokratik islahatların irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın gücləndirilməsi” adlı tədbir erməni parlamentariləri üçün uğursuzluqla nəticələnib.

Trend-in məlumatına görə, Ermənistanın yeni hökumətinin təbliğinə yönəlmiş bu tədbirə bir neçə həftə hazırlığa baxmayaraq, tədbirə 13-14 nəfər iştirakçı qatılıb. Bu bir daha Ermənistanın “islahat” iddialarına ABŞ tərəfindən skeptik yanaşmanı nümayiş etdirib. Bununla yanaşı, Türkiyə Prezidentinin ABŞ-a səfəri erməni deputatlarının bu səfərini kölgədə qoyub.

Çıxış edən erməni deputatlar iddia edilən “demokratik islahatların” mahiyyəti məsələsinə aydınlıq gətirməyib, iqtisadiyyatın gücləndirilməsi və Ermənistan əhalisinin rifahının yaxşılaşdırılması üzrə Paşinyan hakimiyyətinin hansı işlər gördüyü barədə suallara cavab verməyiblər. Erməni parlamentariləri “məxməri inqilab” adlandırdıqları prosesin xarici siyasətdə dəyişikliyə səbəb olmayacağı barədə tezisi təkrarlayıblar. Onlar, ABŞ-la strateji dialoqa başladıqlarını qeyd etsələr də, bu dialoqun hansı məzmuna malik olduğu ilə bağlı sualın cavablandırılmasında çətinlik çəkiblər.

“Ermənistanın sülh səylərinə sadiq olduğu” və “Ermənistan və Azərbaycan ilə yanaşı “Dağlıq Qarabağ əhalisinə” sərf edən həll yolunun tapılmasına çağırışa” dair Paşinyan hakimiyyətinin mövqeyini təkrarlanması qarşılığında Azərbaycan diplomatı tərəfindən verilən sual erməni parlamentarilər arasında çaşqınlıq yaradıb. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərindən 750 mindən yuxarı əhalinin qovulduğu, eləcə də məcburi köçkünlərin geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bölgənin gələcək statusunun müəyyənləşdirilməsi barədə münaqişənin həlli mexanizmi kontekstində “Dağlıq Qarabağ əhalisi” anlamının hansı mənanı ifadə etdiyi, habelə bir qonşu ölkənin ərazisini işğalının, digərinə (Türkiyə) qarşı isə ərazi iddialarının Ermənistanın “demokratik və islahatçı” siyasətinə nə qədər uyğun gəldiyi suallarına cavab verə bilməyiblər.

Tədbirdə bununla yanaşı, Ermənistanın ABŞ-ın maliyyə dəstəyi ilə tikdiyi bioloji laboratoriyalara Rusiyaya girişə icazə verməsinin ABŞ tərəfinə necə izah olunduğu və Ermənistanda Rusiya bazasının saxlanmasının hansı məqsədlərə xidmət etdiyi ilə bağlı Azərbaycan əsilli jurnalist Rafiq Qurbanzadə tərəfindən verilən suallar erməni deputatların narahatlığına səbəb olub. Erməni parlamentarilər bundan əlavə Ermənistanda məhkəmə islahatlarının müddəti, Suriyaya missiya göndərməsinin səbəbləri, ABŞ ilə əməkdaşlığın məzmununun nədən ibarət olduğu kimi digər iştirakçılar tərəfindən verilmiş suallara olduqca səthi cavablar verməklə kifayətləniblər.

Beləliklə, erməni parlament üzvlərinin çıxışı Ermənistanda iddia edilən “islahatlar” ilə bağlı məlumat kasadlığı ilə yanaşı, ünvanlanan suallara əsassız və səthi cavab verməkləri ilə yadda qalıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Vaşinqtonda erməni deputatlar sual atəşinə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ