Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 22:52
Rusiya Federasiyasının İstintaq Komitəsi rusiyalı müxalifət lideri Aleksey Navalnının oğlunun cəsədini ən azı iki həftə ərzində anasına verməyəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Aleksey Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.
"Müstəntiqlər Alekseyin vəkillərinə və anasına meyiti buraxmayacaqlarını bildiriblər. Onun üzərində daha 14 gün kimyəvi ekspertiza aparılacaq", - K.Yarmış bildirib.
Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov da oxşar qərarı açıqlayıb.