Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyev danışığa gedirsə, deməli... - Xaçatryan

Əliyev danışığa gedirsə, deməli... - Xaçatryan

Tarix: 20 Fevral 2024 08:36

Bu, 2018-2020-ci illərdə Paşinyanla Əliyev arasında gizli və ya elan edilməyən danışıqlar zamanı Azərbaycanın görüş açıqladığı və bundan sonra Ermənistan tərəfinin bu faktı etiraf etmək məcburiyyətində qaldığı nümunədir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri müxalif "Ermənistan" blokundan olan deputat Artur Xaçatryan Ermənistan və Azərbaycan rəhbərlərinin Münhen görüşü haqda deyib.

"Bu, Minsk Qrupu çərçivəsində danışıqların uğursuzluğuna və müharibəyə gətirib çıxardı. Eyni şeyin təkrarının nə ilə nəticələnəcəyini bu gün demək çox çətindir. Biz görürük ki, danışıqlar formatında dəyişiklik var, əlbəttə ki, danışıqlar gedirsə. Ermənistan tərəfi Rusiyanın təklifindən yararlanmaqdan imtina edir, Qərbdən istədiyini alan Azərbaycan isə Qərb platformasına getməkdən imtina edir.

Birləşmiş Ştatlar elan edir ki, bu, Ermənistan-Azərbaycan əlaqələrini təşviq edir, başqa sözlə, bu o deməkdir ki, onlar prosesdən "əllərini yuyub" deyirlər: get, nə istəyirsən et, biz vasitəçi və ya zamin deyilik. O ki qaldı Almaniya, Almaniya və Türkiyə sıx əməkdaşlıq edir və bunun Ermənistana nə verə biləcəyini bilmirəm", - deyə Xaçatryan bildirib.

Onun sözlərinə görə, Ermənistan baş nazirindən fərqli olaraq, Əliyev bütün platformalarda istədiyini ala bilir, Paşinyan isə hər yerdə uduzur.


Etiketlər:  Əliyev danışığa gedirsə deməli Xaçatryan


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ