Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aytən Səfərova: "Biabırçılıqdır, məktəb direktoru..."

Aytən Səfərova:

Tarix: 20 Fevral 2024 20:40

Aparıcı Aytən Səfərova 156 nömrəli tam orta məktəbdə baş verən hadisəni tənqid edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, aparıcısı olduğu "Xəbər ertəsi" verilişində bu sözləri deyib: "Çox təəssüf, bu kimi hadisələr tez-tez baş verir. Kadrlar o qədər dəhşətlidir ki... Qız uşağının başqa bir qız uşağı tərəfindən alçaldılması, gündüz-günorta vaxtı uzun saçlarını burub qayçılaması, onun alnına təhqiramiz ifadələr yazması, başına yumurta çırpması - bütün bunları əlinə telefon alıb çəkənlər normal insan deyillər. Biabırçılıqdır.

İş-işdən keçəndən sonra isə məsələyə münasibət bildirilir. Sən direktorsan, direktor müavinisən... Mənim yadımdadır ki, təhsil aldığın məktəbin direktorunun hər bir şagirddən xəbəri olurdu: kim hansı ailədən, hansı ayaqqabıda gəlir. Bu gün də belə direktorlar var.

Amma iş-işdən keçəndən sonra belə açıqlamalar kimə lazımdır? Direktor, direktor müavini öz hayında... Dəfələrlə məktəblərdə psixoloq çatışmazlığı məsələsinə toxunmuşuq. Ştatı var, psixoloqu yoxdur".

Milli.Az


Etiketlər:  Aytən Səfərova Biabırçılıqdır məktəb direktoru


RƏYLƏR