Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Coy-Lens Mikkels Azərbaycana qayıdır

Coy-Lens Mikkels Azərbaycana qayıdır

Tarix: 21 Fevral 2024 06:50

"Sabah"ın sabiq futbolçusu Coy-Lens Mikkels Azərbaycana geri qayıtmağa qərar verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, yarımmüdafiəçi əslində, bu qış Premyer Liqamıza dönməyi planlaşdırırmış.

Lakin o, futbol qaydalarına görə bu istəyini reallaşdıra bilməyib. Belə ki, futbolçuya bir mövsümə yalnız cəmi iki komandada oynamaq hüququ verildiyindən onun qayıdışı ertələnib. Bu səbəbdən, Mikkels yaya qədər gözləməli olub.

Onun ilkin plan olaraq "Sabah"a geri dönmək istədiyi bildirilir. Digər tərəfdən isə, 29 yaşlı futbolçunun xidmətində "Neftçi"nin də maraqlı olduğu iddia olunur. 

Hazırda Səudiyyə Ərəbistanı birinci liqasında yarışan "Əl-Faysal"ın formasını geyinən almaniyalı futbolçu mövsümün sonunda oradan ayrılaraq Azərbaycana qayıdacaq.

Xatırladaq ki, Almaniyada dünyaya gələn vinger "Borussiya Münhenqladbax II", "Şalke II", "Allemaniya Ahen", "Karl Zeyts Jena", "Maastrix" klublarında oynadıqdan sonra 2021-ci ildə "Sabah"a keçmişdi.

Milli.Az


Etiketlər:  Coy Lens Mikkels Azərbaycana qayıdır


RƏYLƏR