Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sama Lukonde Kenqe istefa verdi

Sama Lukonde Kenqe  istefa verdi

Tarix: 21 Fevral 2024 09:38

Konqo Demokratik Respublikasının Baş naziri Sama Lukonde Kenqe istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti xəbər yayıb.

"Lukondenin istefa ərizəsini ölkə Prezidenti Feliks Çisekediyə təqdim edib. Baş nazirin istefası həm də bütün hökumətin istefası deməkdir", - portal ondan sitat gətirib.

Baş nazir və hökumətin gedişi Çisekedinin prezidentlik dövrünün ikinci müddətinin əvvəlində baş verib. Bu, dövlət başçısına yeni hökuməti təyin etmək imkanı verir.

Üç ildir Baş nazir olan Lukonde artıq parlamentdə çalışacağını açıqlayıb. O, dekabrda keçirilən seçkilərdə deputat mandatı qazanıb.

Milli.Az


Etiketlər:  Sama Lukonde Kenqe istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ