Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şadlıq sarayları qiymətləri qaldırdı

Şadlıq sarayları qiymətləri qaldırdı

Tarix: 21 Fevral 2024 10:20

2024-cü ilin yanvar ayında şadlıq saraylarında sifarişlərin sayı 6.5 faiz artıb.

Bu barədə Sonxeber.net-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, eyni zamanda, şadlıq saraylarında yanvar ayında qiymətlər 5.6 faiz artıb.

Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 6.2 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 5.8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.9 faiz artım qeydə alınıb.

Ümumilikdə istehlak bazarında ən yüksək qiymət artımları yenə də qida məhsullarında qeydə alınıb. Bu, ərzaq tələbinin yüksəlməsi və idxal inflyasiyanın hələ də aktiv olması ilə əlaqələndirilir. Ərzaq məhsulları üzrə illik inflyasiya 2.5 faiz olub.


Etiketlər:  Şadlıq sarayları qiymətləri qaldırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ