Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 11:34
Argentina Prezidenti Xavyer Miley Dieqo Armando Maradona ilə Lionel Messi arasında seçim edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, X.Miley bildirib ki, Maradona argentinalılara unudulmaz anlar yaşatsa da, onu tarixin ən yaxşı futbolçusu hesab etmir.
"Bütün zamanların ən böyük oyunçusu Messidir. O, fenomendir", - X.Miley qeyd edib.
Argentina prezidenti Maradonanın şəxsi həyatından da danışıb.
X.Miley deyib ki, hər bir insanın şəxsi həyatı onun özünə məxsusdur və Maradonanı bu müstəvidə tənqid etmək ədalətli deyil.